Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə qəsəbənin 100 saylı tam orta məktəbində “Bayraq Milli Qürurumuzdur” adlı tədbir keçirilib.
Tədbirdə 100 saylı məktəbin direktoru Gülnarə Məmmədova, M.ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli Sosial Məsələlər daimi komisiyyasının sədri Günel Vahabzadə, M.ə.Rəsulzadə bələdiyyəsi gənclər birliyinin sədri Ayla ibrahimova və bələdiyyə üzvləri iştirak edib.
Bu barədə Belediyye.infoya məlumat bələdiyyədən daxil olub.
Tədbirdə çıxış edən 100 saylı məktəbin direktoru Gülnarə Məmmədova və M.ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova Bayraq gününün mahiyyəti barədə danışaraq, milli mənəvi dəyərlərə sahib olmaqla yanaşı onları qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməyin vacibliyindən danışdılar.
Məktəbin 9-cu sinif şagirdlərinin iştirakı ilə “Öyrənək və Öyrədək” layihəsi çərçivəsində ibtidai sinif şagirdlərinə dövlət rəmzlərindən olan bayrağımız haqqında ətraflı məlumat verildi, şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmək üçün viktorina təşkil olundu, sualları cavabalandıran şagirdlər mükafatlandırıldı, şagirdlərin ifasında müxtəlif şeir və musiqi parçaları səsləndi, eyni zamanda ibtidai sinif şagirdlərinin ifasında “Bayraq” kompozisiyası təqdim olundu.
Belediyye.info
|
|
|
|
|
|
|